Hikmətli sözlər (134-cü hissə)

/ Cümə axşamı, 27 Sentyabr 2012 15:44
Hikmətli sözlər (134-cü hissə)

İmanın dərəcələri

Imam Cəfər Sadiq (ə) öz tərəfdarlarından birinə buyurdu: “Imanın on dərəcəsi var, eynilə nərdivanın on pilləsi kimi. Gərək bunları pillə-pillə qalxasan. Imanın birinci dərəcəsində olan adam gərək öz əməllərini daha da inkişaf etdirsin ki, onuncu dərəcədə duran adama çatsın. Səndən aşağı iman dərəcəsində duran adamı imansız sayma ki, səndən yuxarı iman dərəcəsində duran adam da səni imansız saymasın! Bir kəsin iman baxımından səndən aşağı dərəcədə durduğunu görəndə onu mehribanlıqla öz dərəcənə doğru yüksəltməyə çalış, ona dözə bilməyəcəyi işləri yükləmə ki, könlü sınmasın. Bu, onun üçün ağır nəticələrə gətirib-çıxara bilər. Hər kim möminin qəlbini qırsa, gərək üzrxahlıq edib qəlbini alsın”. Sonra Imam buyurdu: “Miqdad imanın səkkizinci dərəcəsində, Əbuzər doqquzuncu mərtəbəsində, Salman isə onuncu dərəcəsində qərar tutmuşdular”.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.