Bir nəfər Əbuzər Ğifaridən xahiş etdi ki, ona din elminin əsasını öyrətsin. Əbuzər cavabında söylədi: “Elmin hüdudları çox genişdir. Amma xülasəsi budur ki, çalış, öz sevdiyinə pislik etmə”. Həmin adam heyrətlə soruşdu: “Bu nə sözdür deyirsən? Indiyə kimi elə bir adam görmüsənmi ki, öz sevdiyinə pislik etsin?”. Əbuzər cavab verdi: “Canın sənin üçün hər şeydən daha əziz və sevimlidir. Günah edəndə öz canına pislik etmiş olursan”. (Yəni özünü cəhənnəm əzabına məhkum edir və Allahdan uzaqlaşdırırsan; buna görə də günahdan uzaq olmağa çalış)