Hikmətli sözlər (137-ci hissə)

/ Çərşənbə axşamı, 02 Oktyabr 2012 15:47
Hikmətli sözlər (137-ci hissə)
Həzrət Əli (ə) dörd suala cavab verir

Bir nəfər möminlərin əmiri Əli ibn Əbu Talibin (ə) yanına gəlib dedi: “Sənə dörd sualım var”. Imam buyurdu: “Istəsən, qırx sual ver”. Həmin adam soruşdu: “De görüm, vacib olan nədir və ən vacib olan nədir? Yaxın olan nədir və ən yaxın olan nədir? Təəccüblü olan nədir və ən təəccüblü olan nədir? Çətin (sıxıntılı) olan nədir və ən çətin olan nədir?”.

Həzrət Əli (ə) cavab verdi: “Vacib olan Allah-təalaya itaət etməkdir, daha vacib olan isə günahlardan çəkinməkdir. Yaxın olan qiyamət günüdür, amma ölüm ondan da yaxındır. Təəccüblü olan bu dünyanın işləridir, ən təəccüblü olan isə bu dünyaya uymaqdır. Çətin olan qəbirdir (qəbir əzabıdır), amma bundan da çətini qəbrə azuqəsiz (xeyir əməlsiz) getməkdir”.

 

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.