Hikmətli sözlər (140-cı hissə)

/ Şənbə, 06 Oktyabr 2012 15:54
Hikmətli sözlər (140-cı hissə)
Məşhur müsəlman tarixçisi Ibn Hişam yazırdı ki, Islamın ilk əsrlərində Yəmənə güclü sel gəldi. Sel nəticəsində dağılmış qəbrlərin birindən çox qədimlərə aid qadın cəsədi zahir oldu.

Cənazənin boynundan yeddi sap iri mirvari asılmışdı. Hər qolunda qızıldan yeddi qolbaq, hər ayağında yeddi qızıl xalxal vardı. Iki əlinin hər barmağı bahalı üzüklərlə bəzənmişdi. Cənazənin başı üstündə içi qızılla və ləl-cəvahiratla dolu iri bir sandıq da vardı. Sandığın içindəki lövhədə isə bu sözlər yazılmışdı:
“Sənin adınla başlayıram, ey Rəhim Allahım! Mən Yəmən hökmdarı Zi-Şəqərin qızı Tacəyəm. Ölkəmizdə qıtlıq oldu, adamlarımı Misirə yolladım ki, Yusifdən buğda alıb gətirsinlər (1). Amma onlar yubanıb gec qayıtdılar. Mən öz xidmətçimə bir müdd (təqribən 750 qram) gümüş verib bazara göndərdim ki, bir müdd miqdarında buğda ilə dəyişdirsin. Amma şəhərdə elə dəhşətli qıtlıq vardı ki, xidmətçim buğda tapa bilmədi. Ona bir müdd qızıl verib göndərdim, yenə qızılı buğdaya dəyişdirə bilmədi. Bu dəfə bir müdd mirvari və ləl-cəvahirat verib yemək almasını tapşırdım, amma bu da mümkün olmadı. Axırda acından öldüm. Hər kim mənim əhvalatımdan xəbərdar olsa, halıma acısın və ibrət götürsün. Bilin ki, hansı qadın mənim kimi naz-nemət içində yaşasa da, axırda öləcək”.

(1) Həzrət Yusif Peyğəmbər (ə) Misirdə fironun vəziri olduqdan sonra gələcəkdə yeddi il quraqlıq olacağını öyrənir və bunun qarşısını almaq üçün hər ilin məhsulundan anbarlara ehtiyat yığdırır. Quraqdıq illəri gəlib-çatanda Misir camaatı həmin ehtiyatdan istifadə etməyə başlayır. Anbardakı buğda çox olduğu üçün xalqın istifadəsindən artıq qalır. Digər ölkələrin padşahları quraqlıq illərində Misirdən pulla buğda almağa məcbur olurlar. Yəmən məlikəsi də bu məqsədlə Həzrət Yusifin (ə) yanına öz nümayəndələrini göndərmişdi.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.