Hikmətli sözlər (142-ci hissə)

/ Çərşənbə, 10 Oktyabr 2012 15:58
Hikmətli sözlər (142-ci hissə)

Bir gün Imam Əli ibn Əbu Talib (ə) Fatimeyi-Zəhra (ə) ilə birlikdə Həzrət Mühəmməd Peyğəmbərin (s) yanına gəlmişdi. Gördülər ki, Peyğəmbər dərdli-dərdli ağlayır. Əli (ə) soruşdu: “Atam-anam Sənə fəda olsun, ey Alahın Rəsulu! Niyə ağlayırsan?”.

Peyğəmbər cavab verdi: “Merac gecəsində mənə cəhənnəmi göstərəndə ümmətimdən çoxlu qadının orada əzab çəkdiyini gördüm. Indi onların halını yadıma salıb ağlayırdım. Bir qadını saçlarından asmışdılar, cəhənnəm alovunun hərarətindən kəlləsində beyni qaynayırdı. Başqa bir qadını dilindən asıb, cəhənnəmin qaynar suyunu boğazına tökürdülər. Bir qadın öz bədəninin ətini çeynəyib yeyirdi, ayaqlarının altından od çıxırdı. O biri qadının əl-ayağını bağlayıb, ilanların və əqrəblərin arasına atmışdılar. Bir başqa qadın alovlu təndirin içində başıaşağı asılmışdı. Cəhənnəmdə donuz başlı, uzunqulaq bədənli bir qadın da gördüm ki, çox dəhşətli əzablara giriftar olmuşdu. Başqa bir qadın isə it sifətinə düşmüşdü, od onun oturacağından daxil olub ağzından çıxırdı, əzab mələkləri odlu gürzlərlə onu döyürdülər”.
Fatimə (ə) soruşdu: “Atacan, bu qadınlar dünyada nə günah ediblər ki, axirətdə bu cür qorxunc əzablara layiq olublar?”. Peyğəmbər cavab verdi: “Qızım, saçlarından asılan və istidən beyni qaynayan qadın dünya həyatında ... naməhrəm kişilərdən örtünməzdi. Dilindən asılan və cəhənnəmin qaynar irinli-çirkli suyunu udan qadın ərindən icazəsiz evini tərk edib çıxırdı. Öz bədəninin ətini yeyən qadın həyatı boyunca özgə kişilərdən ötrü bəzənib-düzənirdi. Əl-ayağı bağlı halda ilan və əqrəblərin əhatəsində qalan qadın paklığa əhəmiyyət verməzdi, heyz qanını üst-başından təmizləməzdi, namaza barmaqarası baxardı. Donuz başlı, uzunqulaq bədənli qadın yalan danışar, söz gəzdirərdi. Nəhayət, it sifətini alan və alov oturacağından girib ağzından çıxan qadın isə naməhrəm kişiləri əyləndirib onlar üçün nəğmə oxuyardı, özü də çox paxıl idi”.
Sonra o həzrət buyurdu: “Vay olsun o qadının halına ki, əri ondan narazıdır...”.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.