Hikmətli sözlər (144-cü hissə)

/ Cümə, 12 Oktyabr 2012 16:02
Hikmətli sözlər (144-cü hissə)

Idman üzrə məşhur dünya çempionlarından biri qan köçürməsi zamanı QIÇS xəstəliyinə yoluxur. Bir müddətdən sonra idmançının vəziyyəti ağırlaşır və ölüm yatağına düşür.

Yanına gələn dostlarından biri təəssüflə ona deyir: “Allahın işinə bir bax! Bu qədər adamın içindən niyə səni bu xəstəliyə yoluxdurdu, ölümə düçar etdi?”.
Idmançı dostuna belə cavab verir: “Dünyada 50 milyon adam uşaq vaxtı mənim məşğul olduğum idman növü ilə maraqlanmağa başlayır. Onlardan 5 milyonu idmanla ciddi şəkildə məşğul olmağa davam edir. Bunların içindən 500 min nəfəri peşəkar idmançı olur. Bunlardan yalnız 50 mini yarışmalarda iştirak edəcək qədər bacarıq göstərir. Bunların arasından 5 mini beynəlxalq yarışmalara qatılır. Onların 500-ü həmin yarışlarda qalib yerləri tutur. Onların içindən olsa-olsa 50 nəfəri dünya çempionatına vəsiqə alır. Bunların da yalnız 4-ü yarımfinala, ikisi finala çıxır. Nəhayət, bir nəfər dünya çempionu adına layiq görülür. Mən dünya çempionu adını alanda heç demədim ki, niyə Allah bu qədər adamın içindən məhz məni çempion etdi? Indi nə üzlə Allahı qınaya bilərəm ki, niyə mənə bu xəstəliyi göndərdi?”.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.