Hikmətli sözlər (145-ci hissə)

/ Bazar ertəsi, 15 Oktyabr 2012 16:05
Hikmətli sözlər (145-ci hissə)
Gənc bir oğlan yaşadığı ölkənin içinə səyahətə çıxmışdı. Məqsədi bu idi ki, vətənini qarış-qarış gəzsin, ən ucqar nöqtələrə belə, baş çəksin, hər yerdən bir şey öyrənsin, maraqdı insanlarla tanış olsun.

Yolu bir ağsaqqalın evinə düşdü. Ağsaqqal xalq içində dindar, bilikli və əxlaqlı bir adam kimi tanınırdı. Gənc elə düşünürdü ki, yaraşıqlı və zəngin bir evlə qarşılaşacaq. Amma ağsaqqalın evinə girəndə gördü ki, burada ən qiymətli əşya kitablardır. Bütün divarlar kitab rəfləri ilə örtülmüşdü. Evin avadanlığı isə çox sadə və kasıbyana idi. Yerə döşənmiş köhnə bir kilim, divar dibinə yığılmış yataq, yazı masası, oturmaq üçün kürsü və bir nəfərlik yemək dəsti – vəssalam. Nə mebel vardı, nə də xalça-palaz...
Oğlan heyrət içində soruşdu: “Babacan, bəs, sənin ev eşyaların hanı? Başqalarınınkı kimi sənin də qab-qacaq, pal-paltar yığmaq üçün taxça-boğçan, mükəlləfiyyatın yoxdurmu?”. Ağsaqqal cavanın sualını təbəssümlə qarşıladı və öz növbəsində soruşdu: “Yaxşı, bəs sənin əşyaların hanı? Çiynində kiçik bir çanta gəzdirirsən. Yəqin ki ora çox şey sığmaz. Sənin pal-paltarın, yorğan-döşəyin, qab-qacağın haradadır?”. Oğlan təəccüblə cavab verdi: “Babacan, axı mən səfərdəyəm. Bunları özümlə gəzdirmək mənim nəyimə gərəkdir?”. Ağsaqqal da təbəssümlər içində öz sözünü dedi: “Ay bala, elə mən də səfərdəyəm. Bu dünya bir yoldur, sonu isə axirət aləmidir. Ona görə bu dünyada müsafir kimi özümlə ən zəruri əşyaları gəzdirirəm”.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.