Hikmətli sözlər (146-cı hissə)

/ Çərşənbə axşamı, 16 Oktyabr 2012 16:54
Hikmətli sözlər (146-cı hissə)

Imam Cəfər Sadiq (ə) Həzrət Mühəmməd Peyğəmbərdən (s) rəvayət edib ki, axirətdə Allah günahkar insanın dilinə bütün başqa bədən üzvlərindən daha şiddətli əzab verəcək. Dil bu əzabla qarşılaşanda nalə edəcək:

“Ya Rəbbim, niyə məni başqa bədən üzvlərindən daha şiddətlə cəzalandırırsan?”. Allahın əmri ilə ona cavab veriləcək: “Dünya həyatında səndən (yəni dildən) elə sözlər çıxdı ki, Şərqlə Qərbə yayılandan sonra onların üstündə nə qədər qanlar töküldü, nə qədər mallar qarət olundu, nə qədər namuslar tapdalandı. Izzət və cəlalıma and olsun ki, bu üzdən səni heç bir bədən üzvünün görmədiyi əzablara düçar edirəm”.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.