Hikmətli sözlər (149-cu hissə)

/ Cümə, 19 Oktyabr 2012 16:58
Hikmətli sözlər (149-cu hissə)
Süleyman Cəfəri adlı bir nəfər rəvayət edir ki, bir iş dalınca Imam Rzanın (ə) evinə getmişdim. Işimi qurtarandan sonra qayıtmaq istəyəndə Imam buyurdu: “Bu gecə mənim qonağım ol”.

Imamın sözünü yerə salmadım və o həzrətin evində qalmağa qərar verdim. Həyətdə gəzişəndə gördüm ki, Imamın nökərləri tikinti ilə məşğuldurlar. Onlarla qara dərili bir zənci də işləyirdi. Zənci fəhlə Imamın nökərlərindən deyildi. Həzrət Rza (ə) onu göstərərək nökərlərdən soruşdu: “Bu kimdir?”. Cavab verdilər: “Bunu kənardan muzdla fəhlə tutmuşuq. Çünki özümüz bu işi vaxtında görüb qurtara bilmərik”. Imam soruşdu: “Işin muzdunu onunla danışıb razılaşmısınızmı?”. Dedilər: “Xeyr, ona dəqiq məbləğ deməmişik. Hər nə versək, razı olacaq”. Imam Rzanın (ə) üzündə narahatlıq əlaməti göründü. Süleyman o həzrətdən soruşdu: “Sizə fəda olum, niyə narahatsınız?”. Imam buyurdu: “Bunlara neçə dəfə demişəm ki, bir adamla muzdunu dəqiq danışmamış işləməyə gətirməsinlər. Əgər bir kəsin muzdunu əvvəlcədən müəyyən edib razılaşmasan, işin axırında ona üçqat artıq pul versən də elə biləcək ki, işlədiyinə nisbətən muzdunu az vermisən, pulunu kəsmisən. Amma əgər muzd barədə onunla qabaqcadan qəti danışığın olsa, pulunu alanda səndən razı qalacaq ki, verdiyin vədə əməl etmisən və haqqını kəsməmisən. Əgər razılaşdağınız məbləğdən artıq pul versən, bu əlavə hər nə qədər az olsa da, o, sevinib sənə təşəkkür edəcək”.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.