Hikmətli sözlər (150-ci hissə)

/ Şənbə, 20 Oktyabr 2012 16:59
Hikmətli sözlər (150-ci hissə)

Mövlana Ruminin müridlərindən biri ondan soruşdu: “Mən təsəvvüfdə dörd qapı məsələsini anlaya bilmirəm. Şəriət, təriqət, mərifət və həqiqət mərtəbələri nə deməkdir? Bunları mənə aydın dillə izah edin”.

 

Mövlana dərgahda (dərviş xanəgahında) namaz qılıb zikr deyən 4 nəfəri ona göstərib söyləyir: “Bax, görürsənmi, orada dörd adam ibadət edir. Sən onlara yaxınlaş, hərəsinə qəfildən bir sillə vur. Gör əvəzində səninlə nə cür rəftar edəcəklər?”.

Mürid birinci adama yaxınlaşıb ona bir sillə vurur. Adam qəzəblə yerindən qalxır, müridə bir sillə vurub yenə duasına davam edir.

Mürid ikinci adama sillə vurur. O da qəzəb içində qalxıb həmin şəkildə cavab vermək istəyir. Amma birdən-birə nə isə düşünüb əlini aşağı salır və ibadət yerinə qayıdır.

Üçüncü adama sillə vuranda o sakitcə arxaya dönüb müridə nəzər salır, heç nə demədən öz işinə davam edir.

Dördüncü adam isə müridin silləsinə etina etmir, heç nə olmamış kimi duasını və zikrini söyləməklə məşğul olur.

Mürid Mövlananın yanına qayıdıb əhvalatı ona danışır. Mövlana deyir: “O adamların hər biri haqqa doğru gedən yolun fərqli mərtəbəsindədirlər. Birinci şəxs hələ şəriət mərtəbəsindən keçməyib. Ona görə də şəriətdə qana-qan, gözə-göz əmri ilə hərəkət edib, vurduğun silləyə sillə ilə cavab verdi. Ikinci adam təriqət mərtəbəsindədir. O, əvvəlcə pisliyə pisliklə cavab vermək istədi, amma səbr və təvazökarlıq göstərib sənin günahından keçdi, pisliyi yaxşılıqla cavablandırdı. Üçüncü adam mərifətə çatıb. Bilir ki, xeyri də-şəri də, neməti də-bəlanı da, izzəti də-zilləti də verən Allahdır. Amma marağı güc gəldiyi üçün dönüb baxdı ki, ona qarşı bu pislik kimin vasitəsi ilə gəlib. Dördüncü adam isə artıq həqiqət mərhələsindədir. O, Allahda fanidir, buna görə də sənin vurduğun silləni heç hiss də etmədi”.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.