Hikmətli sözlər (157-ci hissə)

/ Cümə, 02 Noyabr 2012 17:08
Hikmətli sözlər (157-ci hissə)
Allah dostlarından biri Yaradana dua edib deyir: “Yarəbbi, sevdiyin bəndələrdən birini mənə göstər. Həm Sənin razılığını necə qazanmağı ondan öyrənim, həm də onunla dost olum”.

Allah ona vəhy edir: “Filan mağaraya get, orada bir abid görəcəksən. O mənim dostum və sevimli bəndəmdir”.
Övliya deyilən yerə gedir. Mağaranın içinə girəndə görür ki, aclıqdan arıqlayıb taqəti üzülmüş bir nəfər dəri parçasına bükülüb yatıb. Yanında dünya malından heç nə yoxdur, bircə boş yemək qabından başqa. Övliya abidin zahidanə yaşayışına heyran qalır, təəccüblər içində Allaha minacat edir: “Yarəbbi, bunun dünya malından heç nəyi yoxdur. Yəqin buna görə onu sevir və özünə dost bilirsən?”. Allahdan nida gəlir: “Izzət və cəlalıma and olsun ki, qiyamətdə hətta onu da sorğu-suala çəkəcəyəm; əynindəki dəri parçasının, yemək yediyi qabın hesabını çəkməmiş onu cənnətə buraxmayacağam”.

 

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.