Müsəlman heç bir halda zülm etməz

/ Cümə, 31 May 2013 17:11
Müsəlman heç bir halda zülm etməz
Allahın Rəsulu (s) belə buyurmuşdur: “İnsanlar yaxşı olar və yaxşılıq edərlərsə, biz də yaxşı olar və yaxşılıq edərik; zülm etdiklərində isə biz də zülmlə cavab verərik” deyən şəxsiyyətsizlərdən olmayın. Əksinə, sizə yaxşılıq edənlərə qarşı yaxşı olmağa, pislik edənlərə qarşı da zalım olmamağa adət edin” (Tirmizi, Birr, 62; Xətib Təbrizi, Mişkatül-məsabih, 3/1418).

Hədisdən də göründüyü kimi aləmlərə rəhmət olaraq göndərilən İslam peyğəmbəri müsəlmanları bütün hallarda Quranın prinsipləri ilə yaşamağa dəvət etmiş,ədalətli olmağa, öz fərqliliklərini qorumağa səsləmişdir. Bu müsəlmanları başqalarından fərqləndirən İslami şəxsiyyətin başlıca xüsusiyyətidir. Allah Rəsulu (s) yuxarıdakı sözləri ilə müsəlmanlara İslami və bəşəri missiyalarını bir daha xatırlatmış, həyatın axarı daxilində yaxşılıq və gözəlliklərin təbliği üçün çalışmalarının vacibliyini elan etmişdir. O halda hər bir müsəlman cəmiyyətdə daima “ehsan” (yaxşılıq) cizgisi üzərində hərəkət etməli və davranışlarından asılı olmayaraq ətrafındakıları da bu cizgiyə doğru yönləndirməlidir. Öz həyatını belə bir düşüncə üzərində nizamlayan, zülm və qaba davranış deyil, hörmət və mərhəmət nümayiş etdirən bir insan cəmiyyətdəki qeyri-etik davranışların islahına müəyyən ölçüdə nail olacaqdır. Daha doğrusu, problemləri kökündən həll edə bilməsə də, Hz. İbrahimi (ə) oddan xilas etməyə çalışan qarışqanın su daşıması misalındakı kimi öz həyatını ən azı belə bir ali vəzifəyə həsr edəcəkdir.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.