Dualarımız niyə qəbul olunmur

/ Cümə axşamı, 06 İyun 2013 18:19
Dualarımız niyə qəbul olunmur

Rəvayət olunduğuna görə səkkizinci əsrdə yaşamış məşhur övliyalardan olan İbrahim ibn Ədhəm bir gün Bəsrə bazarına gəlir. İnsanlar onu görüb ətrafına toplaşır və soruşurlar: “Ey, Əbu İshaq! Allah-təalaya dua etdiyimiz halda O, bizim dualarımızı nə üçün qəbul etmir?” Böyük sufi belə cavab verir:

“Çünki qəlbləriniz on şeyə görə ölüb:

1. Allaha inanır, ancaq Ona qulluq etməkdən qaçırsınız.

2. Quran oxuyur, ancaq onun buyruqlarını həyata keçirmirsiniz.

3. Muhamməd Mustafanın (s) ümmətindən olduğunuzu iddia edir, ancaq onun sünnəsinə əməl etmirsiniz.

4. Allahın verdiyi nemətləri yeyir, ancaq Ona şükr etmirsiniz.

5. Şeytanla düşmən olduğunuzu iddia etsəniz də, onun arxasınca gedir və onun istəyinə uyğun davranırsınız.

6. Cənnətə girmək istəyir, bunun üçün çalışmırsınız.

7. Cəhənnəmin həqiqət olduğunu dilə gətirir, amma ondan qaçmırsınız.

8. “Ölüm haqdır” desəniz də onun üçün hazırlıq görmürsünüz.

9. Yataqdan qalxdığınız andan etibarən insanlarda qüsur axtarırsınız, ancaq öz qüsurlarınızı unudursunuz.

10.Ölülərinizi dəfn edir, ancaq onlardan heç bir ibrət almırsınız.”

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.