Təkəbbürlə yerimək nadanlıq əlamətidir

/ Cümə axşamı, 20 İyun 2013 18:23
Təkəbbürlə yerimək nadanlıq əlamətidir
Həzrət Muhamməddən (s) soruşdular ki, təkəbbürlü kimdir? Həzrət (s) buyurdu: “O kəsdir ki, haqqa qarşı səfehlik, nadanlıq edə, başqalarını aciz və kiçik saya” (Kuleyni, Üsuli-kafi, Babul-kibr, hədis: 9).

Aciz olduğu halda təkəbbürə qapılıb başqalarına xor baxan, danışıq tərzindən tutmuş yerişinə qədər bütün hərəkətləri ilə insanları təhqir edəcək qədər nadanlaşan, bir sözlə “nə” olduğunu unuda bilən tək məxluq insandır. Əslində bu onun təbiətindən, faili-muxtar yaradılmasından irəli gəlir. Ancaq bir az diqqət etsə, insana şah damarından daha yaxın olan, onu özündən daha yaxşı tanıyan Allah-təalanın sonsuz mərhəmət nümayiş etdirdiyini və düşə biləcəyi bu gülünc vəziyyətdən onu hər an çəkindirdiyini görə bilər. Çünki nəfsani istəklərin doğurduğu lovğalıq və təkəbbür ən yaxşı halda münafiqlik xüsusiyyətidir, bunun Allah tərəfindən sevilməsi isə qətiyyən mümkün deyil. Allah Rəsulunun (s) dili ilə desək: “Şübhəsiz ki, Allah gözəldir və gözəlliyi sevir. Təkəbbür isə haqqı inkar etmək və insanları təhqir etməkdən ibarətdir.” (Müslüm, İman, 147; Tirmizi, Birr, 61).

Məhz belə bir tərbiyənin təzahürü olaraq Allahın elçisi (s) həyatının heç bir mərhələsində təkəbbürlü davranmamış, küçədə gəzərkən belə Quran əxlaqını tətbiq etmişdir. İrqindən, cinsindən, dinindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq digər insanlara qarşı sözün əsl mənasında insaniyyət göstərmişdir. Çünki o, Quranı sadəcə oxuyub əzbərlətmək üçün göndərilməmiş, onu hiss edərək yaşamış, yaşanan Quran nümunəsi olmuşdur. O halda, “Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də yüksəlib dağlara çata bilərsən” (İsra, 17/37) ayəsinin əksinə davranması necə mümkün ola bilərdi?!

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.