Hz. Əli (ə) suala belə cavab verir: “Həftənin günlərini ayın günlərinə, alınan nəticəni isə ilin günlərinə vur! Əldə edəcəyin rəqəm həm 2-yə, həm 3-ə, həm 4-ə, həm 5-ə, həm 6-ya, həm 7-yə, həm 8-ə, həm 9-a, həm də 10-a tam şəkildə bölünəcəkdir.”
Yəhudi həftənin günlərini (7) ayın günlərinə (30), alınan nəticəni (210) isə ilin günlərinə (360) vuraraq 75.600 rəqəmini əldə edir. Nəticədə alınan rəqəmin istədiyi bütün rəqəmlərə kəsirsiz bölündüyünü görür (75.600 : 2 = 37.800; 75.600 : 3 = 25.200; 75.600 : 4 = 18.900; 75.600 : 5 = 15.120; 75.600 : 6 = 12.600; 75.600 : 7 = 10.800; 75.600 : 8 = 9.450; 75.600 : 9 = 8.400; 75.600 : 10 = 7.560) və qarşılaşdığı bu hikmətin təsiri ilə kəliməyi-şəhadət oxuyaraq müsəlman olur.