- Niyə buğda yemirsən?
- Adəm əleyhissalam ona görə cənnətdən çıxarıldığı üçün.
- Niyə su içmirsən?
- Nuh əleyhissalamın qövmü suda boğulduğu üçün.
- Niyə həmişə xarabalıqlarda olursan?
- Xarabalıqlar Allah-təalanın mirasıdır.
- Niyə evlərin üstündə ulayırsan?
- İnsanlara xəbərdarlıq etmək üçün. Bu qədər təhlükə içərisində ikən necə də qəflətdə yatırlar. Belələrinin vay halına!
- Gündüzləri niyə gizlənirsən?
- İnsanlar mənə zərər verə bilər.
- Uladığında nə deyirsən?
- Allahı mədh edir və bunları deyirəm: “Ey qafillər, çıxacağınız uzun səfər üçün azuqə hazırlayın!”