Həqiqi hökmdarın məktubu

/ Çərşənbə, 28 Avqust 2013 18:33
Həqiqi hökmdarın məktubu
Böyük övliyalardan sayılan Əbu Müslim Səftərdən belə nəql olunur.

Bir gün gəmi ilə səfərə çıxmışdıq. Birdən əks yöndə külək əsməyə başladı və dalğalar yüksəldi. Gəmi batmaq təhlükəsi ilə qarşı-qarşıya idi. Gəmidəki yükü dənizə atsaq da xeyri olmadı. Xilas olmaq ümidimiz qalmamışdı. Bizimlə birlikdə səyahət edən amma kim olduğunu bilmədiyim bir kəndli vardı. Hər kəsin ümidinin tükəndiyi anda o ayağa qalxdı və əlindəki Quranı qaldıraraq belə dua etdi:

“Ey Rəbbim! Bir şəxsin əlində dünya hökmdarından bir məktub olsa heç kim ona hücum etməz, zərər vurmaz və o şəxs bəlaya düçar olmaz. Bu, Sənin kitabındır, bunu bizə Sən göndərdin. Əllərində sənin kitabını tutan qullarını suda boğmaq kərəminə yaraşmaz. Bizi bu təhlükədən xilas et!”

Kəndli duasını bitirdikdən dərhal sonra külək dayandı, dalğalar normal vəziyyətə düşdü və biz sağ-salamat mənzil başına çatdıq.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.