Qəlbdə bitən və dildə bar verən ağac

/ Çərşənbə, 04 Sentyabr 2013 18:34
Qəlbdə bitən və dildə bar verən ağac
Həzrət Loğmanın (ə) oğluna nəsihəti: “Oğlum! Hikmət öyrən ki, hörmətli olasan! Çünki hikmət insanı dinə yönəldər; qulu azad insanların qarşısında daha şərəfli, yoxsulu dövlətlilərdən daha uca edər, kiçiyi böyükdən qabağa salar.” (Biharül-ənvar, c.13, s.432).

İnsan görüb-götürmək üçün gəldiyi bu dünyada nə isə öyrənmək və öyrəndikləri ilə əməl etmək məcburiyyətindədir. Əməllərinin pis ya da yaxşı olması isə onun öz öhdəsinə buraxılıb. Axirətdə öz günahını başqasına yükləyərək məsuliyyətdən qaça bilməz. Ona görə də kiminlə həmsöhbət olduğumuzu, kimdən nə öyrəndiyimizi və öyrəndiklərimizi başqalarına necə çatdırdığımızı hər zaman düşünməliyik. Necə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Bir məclisdə hikmətli söz dinləyən, daha sonra isə bu məclisdən bəhs edərkən eşitdiyi sözlərin sadəcə pis tərəflərini danışan insanın misalı bir çobana yaxınlaşıb “Ey çoban, mənə bir qoyun kəs” - deyən şəxsin misalı kimidir. Çoban ona “Get ən yaxşısının qulağından tut gətir.” - dediyi halda o adam gedib sürüdəki köpəyin qulağından yapışar.” (Kutubu sittə, hədis:7233)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.