Qardaşlığımız da əməlimiz kimidir...

/ Şənbə, 07 Sentyabr 2013 18:35
Qardaşlığımız da əməlimiz kimidir...
Yaxşı əməl sahibləri rastlaşanda zahirdə bir-birlərinə məhəbbət göstərməsələr belə, onların qəlbləri arasında yağış suyunun çayların suyu ilə qarışması kimi sürətli bir ünsiyyət yaranar. Pis əməl sahibləri isə qarşılaşanda zahirdə məhəbbət göstərsələr də qəlbləri bir-birindən uzaq olar. Onların misalı uzun müddət bir axurdan ot yeyən ancaq bir-birinə məhəbbət bəsləməkdən uzaq olan dördayaqlılar kimidir. (Tuhəful-Uqul, s.373)

Rəvayətə görə Sultan Əhməd günlərin bir günü şeyxi Əziz Mahmud Hüdayiyə hədiyyə göndərir. Ancaq şeyx hədiyyəni qəbul etmir. Çünki dövrün mənəvi liderləri adətən dövlət rəsmilərindən hədiyyə almırdılar. Sultan Əhməd şeyxin qəbul etmədiyi hədiyyəni başqa bir övliya olan Əbdülməcid Sivasiyə göndərir. Hədiyyəni qəbul edən Şeyx Sivasiyə Əziz Mahmud Hüdayinin bu hədiyyəni geri qaytardığını dediklərində o belə cavab verir: “Şeyx Hüdayi qarğa deyil ki, leş qəbul etsin.”

Bu dəfə Şeyx Hüdayiyə: “Sizin qəbul etmədiyiniz hədiyyəni Şeyx Sivasi qəbul etdi” – deyirlər və o daha da hikmətli bir cavab verir: “Onun qəbul etməsində heç bir eyb yoxdur. Çünki Şeyx Sivasi, elə böyük bir dənizdir ki, bir parça palçığın onu bulandırmayacağından əmindir.”

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.