Kölənin comərdliyi

/ Cümə axşamı, 12 Sentyabr 2013 18:35
Kölənin comərdliyi
Dövrünün zəngin və comərd insanlarından sayılan Abdullah ibn Cəfər Təyyar günlərin bir günü bir xurma bağının yanından keçirmiş. Bu vaxt baxçada işləyən zənci köləyə yemək gətirildiyini görür. Yeməyin qoxusunu hiss edən bir it isə köləyə yaxınlaşır. Kölə yeməyinin bir hissəsini itə verir və o, dərhal yeyir. Ancaq kölə itin hələ də ac olduğunu görüb yerdə qalan yeməyini də ona verir. Bu mənzərə qarşısında Abdullah ibn Cəfər köləyə deyir:

- Nəyə görə özün möhtac olduğun halda bütün yeməyini itə verdin?

- Bu it uzaq bir yerdən gəlib. Ac idi və öz nəsibini axtarırdı.

- Bəs sən nə yeyəcəksən?

- Ac qalıb səbr edəcəm.

Abdullah ibn Cəfər gördüklərindən o qədər təsirlənir ki, “insanlar mənim comərd olduğumu düşünür, halbuki bu zənci kölə məndən daha comərddir” deyir və xurma baxçası ilə birlikdə köləni sahibindən satın alır. Daha sonar isə köləni azad edərək xurma baxçasını ona hədiyyə verir.

Bu hadisəni eşidənlər Abdullah ibn Cəfərə deyirlər:

- Sən indi ondan daha comərdsən.

- Təəssüf ki, xeyr! O, sahib olduğu hər şeyi vermişdi, mən isə sadəcə bir qismini.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.