Allahı inkar edən biri olaraq tanınan həkim əvvəlcə Cüneyd Bağdadini müayinə edir və soruşur: “Şikayətin nədir?” Cüneyd Bağdadi “heç bir şey” deyə cavab verərək şikayətini demir. Daha sonra həkim Əbu Bəkr Şiblinin yanına gəlir və eyni sualı ona da verir. Şibli xəstəliyindən uzun-uzadı şikayətlənir. Bir müddət sonra hər iki sufinin səhhəti düzəlir. Görüşdükləri vaxt Cüneyd Bağdadi Şibliyə deyir:
- Öz şikayətlərini inkarçı həkimə niyə bu şəkildə ifadə etdin?
- Dost olana dünyada belə xəstəliklər verilir, axirətdə isə lütf edilir; düşmənlərə nələr ediləcəyini bilsin istədim. Bəs yaxşı, sənin davranışının hikməti nədir?
- Bir hikməti yoxdur, sadəcə olaraq dostdan düşmənə şikayət etməyə utandım.