İman tərəzimiz – qonşu haqqı!

/ Cümə axşamı, 26 Sentyabr 2013 18:37
İman tərəzimiz – qonşu haqqı!
Həzrət Muhamməd (s): “Cəbrayıl mənə qonşuya yaxşılıq etməyi o qədər tövsiyə etdi ki, elə güman etdim ki qonşunu qonşuya varis təyin edəcək.” (Buxari, Ədəb 28; Müslim, Birr 140-141).

Sosial rifahın və əmin-amanlığın əsas sütunlarından biri sayılan “qonşu haqqı” ilahi kitabımızda, eləcə də peyğəmbərimizdən nəql olunan hədislərdə dəfələrlə təkrarlanmış, vurğulanmışdır. Hətta bu haqqı sözün əsl mənasında iman tərəzimiz də adlandıra bilərik. İslam müqəddəsləri bu tərəzinin daşlarını xülasə şəklində belə təsvir edirlər: “Qonşunun haqqı özü olmadığı yerdə onun hüquqlarını qorumağın, görəndə ona hörmət göstərməyin, zülmə məruz qaldığında ona köməklik göstərməyindir. Onun eyblərini ortaya çıxarma, bir mənfi işini bilsən onu ört-basdır et, əgər öyüdünü qəbul edəcəyini bilsən ona nəsihət et, çətin vəziyyətdə ikən onu tərk etmə, xətasını və günahını bağışla, onunla gözəl şəkildə davran! (Şeyx Səduq, Xisal, səh. 973)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.