Cəmiyyəti təşkil edən fərdlərin qarşılıqlı münasibəti səmimiyyət üzərində qurulmalıdır. Bu səmimiyyətin dərəcəsini ölçən alət isə qəlbdir. Hz. Muhamməd (s) “Allah sizin şəklinizə və mallarınıza baxmaz. Ancaq qəlblərinizə baxar” (Müslüm, Birr, 32) deyə buyurur. İnsan başqasının ancaq xarici görünüşü haqqında mülahizə yürüdə bilər, daxili aləmindən xəbərsizdir. Allah qatında dəyərli olan isə xarici görünüş deyil, qəlblərdəki təqvadır. Buna görədir ki, Peyğəmbərimiz (s) insanları məsxərəyə qoymaq barəsində belə buyurmuşdur: “Qardaşınla yersiz danışmaqdan çəkin və həddən artıq yersiz zarafatdan pəhriz et!” (əl-Mühəccətül-beyza, c.5, s.232).