Hüseyn məndən, mən də Hüseyndənəm...

/ Bazar ertəsi, 18 Noyabr 2013 18:42
Hüseyn məndən, mən də Hüseyndənəm...
Ey Əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər! (əl-Əhzab, 33).

Aləmlərə mərhəmət timsalı olaraq göndərilən Hz. Muhammədin (s) qız uşaqlarının diri-diri basdırıldığı, qadının alçaldığı, haqsızlığın, zülmün və qəddarlığın üstünlük nişanəsi kimi qəbul edildiyi bədəvi bir cəmiyyəti qısa müddət ərzində islah etdiyi qeyri-adi, ancaq danılmaz bir həqiqətdir. O, islam nurunu ilahi inayət və üstün əxlaqi keyfiyyətləri ilə yaymışdır. Özündən sonra isə Qurani-Kərimi və peyğəmbər sünnəsinin mükəmməl tətbiqatçıları olan pak Əhli-beytini müsəlmanlara əmanət etmişdir. Ancaq bu əmanət birtərəfli deyil, əslində müsəlmanlar da Əhli-beytə əmanət edilmiş, qiyamətə qədər davam edəcək islam günəşinin mühafizəsi ilk növbədə onlara həvalə olunmuşdur. Öz qanı hesabına islam dininin ruhuna ruh qatan, pak bədənini iman qalasına sipər edərək müsəlmanlar üçün əxlaqi bir nümunəyə çevrilən Hz. Hüseynin cənnət cavanlarının ağası, hidayət çırağı, ümmətin nicat gəmisi, cənnətə açılan qapılardan biri sayılması da məhz buna görədir. Bunun isbatı üçün bir çox əqli və nəqli dəlillər gətirmək mümkün olmaqla yanaşı sadəcə bir hədisi xatırlamaq kifayət edər: “Hz. Rəsulullah (s) Həsən və Hüseyni nəzərdə tutaraq buyurdu ki, “Onları sevən məni sevmiş olar, onlara düşmənçilik bəsləyən mənim düş¬mə-nimdir.” [Əhməb ibn Hənbəl, Müsnəd, c.2, səh.288]

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.