Ata və oğulu meşədə gəzirlərmiş. Birdən uşağın ayağı ilişir və yıxlır "AHHHHH" deyə ucadən qışqırır. İrəlidə bir dağın təpəsindən "AHHHHH" səsi eşidir və təəccüblənir. Bu səs uşağa maraqlı gəlir və ''Sən kimsən?'' deyə qışqırır. Aldığı cavab "Sən kimsən?" olur. Uşaq bu cavaba hirslənib ''Sən bir qorxaqsan!'' deyə təkrar qışqırır. Dağdan gələn səs "Sən bir qorxaqsan!" olur. Uşaq atasına dönüb
- Ata bu nədir belə? deyə soruşur.
- Oğlum dağa dönüb ''Sənə heyranam!'' deyə qışqırır. Gələn cavab ''Sənə heyranam!'' olur. Ata təkrar qışqırır, ''Sən möhtəşəmsən! Gələn cavab ''Sən möhtəşəmsən!" olur. Uşaq çox çaşır, amma hələ də nə olduğunu anlaya bilmir. Atası uşağı bu vəziyyətdə görüb deyir:
- İnsanlar buna əks-səda deyirlər, amma əslində bu həyatdır. Həyat daim sənə sənin verdiklərini geri verər. Həyat etdiyimiz davranışların aynasıdır. Daha çox sevgi istədiyin zaman daha çox sev! Daha çox şəfqət istədiyində, daha şəfqətli ol! Hörmət istəyirsənsə insanlara daha çox hörmət et. İnsanların səbirli olmasını istəyirsənsə sən də daha səbirli olmağı öyrən. Bu qayda həyatımızın bir parçasıdır, hər kəs üçün etibarlıdır.