Əfqanıstanın cənubundakı Hilmənd əyalətində 14 asayiş keşikçisi polis forması geyinmiş "Taliban" silahlıları tərəfindən öldürülüb.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, Hilmənd qubernatoru administrasiyasının mətbuat-katibi Ömər Zvak açıqlamasında bildirib ki, polis geyimində olan terrorçular Musa-Qala qəzasındakı blokposta silahlı hücum təşkil ediblər. Hadisə nəticəsində 14 nəfər ölüb, iki polis işçisi yaralanıb.
"Terrorçular polislərin silahlarını, döyüş sursatlarını və avtomobillərini götürüblər", - deyə hökumət rəsmisinin açıqlamasında bildirilib.