İraqda nümayişlər “Ərbəin” yürüşünə görə dayandırılıb

/ Cümə, 11 Oktyabr 2019 16:38
İraqda nümayişlər “Ərbəin” yürüşünə görə dayandırılıb

İraqda bir neçə gündür davam edən iğtişaşlar dayandırılıb.

Islam.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları illərdir ənənəyə çevrilən və milyonlarla insanın qatıldığı “Ərbəin yürüşü”nün yaxınlaşması ilə əlaqədar nümayişləri dayandırıblar.

Aksiyaçılar bldiriblər ki, yürüş iştirakçılarının rahatlığını təmin etmək və hüquq-mühafizə orqanlarına da təhlükəsizliyi qorumaq üçün bu addımı atıblar.

Məlumata görə, aksiyalar “Ərbəin yürüşü”ndən sonra davam etdiriləcək.

Qeyd edək ki, “Ərbəin” mərasimləri 19 oktyabrda keçiriləcək.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.