Həcc ziyarəti bahalaşır

/ Çərşənbə axşamı, 28 Yanvar 2020 18:04
Həcc ziyarəti bahalaşır

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Məkkəyə Həcc ziyarətinə getmək istəyənlərdən sənəd qəbuluna başlayır.

QMİ-nin məlumatında deyilir ki, sənədlər 2020-ci il mayın sonuna qədər qəbul ediləcək.

Bu il Həcc ziyarətinin qiyməti 4490 ABŞ dolları olacaq. Bu, ötən illə müqayisədə 205 dollar çoxdur.

Qiymət artımının səbəbi, habelə bu il Azərbaycandan gedəcək zəvvarlar üçün kvota barədə məlumat verilmir.

Qeyd edək ki, hər il Həcc ziyarətinin qiyməti artır, Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən zəvvarlar üçün ayrılan kvotalar isə azalır. Ötən il Azərbaycan üçün kvota 1400 nəfər təşkil etmişdi və tam istifadə edilməmişdi.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.