Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

/ Çərşənbə, 29 Yanvar 2020 10:54
Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

ABŞ prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin nizama salınması üzrə planı təqdim edib. O, bildirib ki, İsrail bu planı təcəssüm edərək fələstinlilərlə "sülhə böyük addım" atır.

"Bu gün İsrail sülhə böyük addımı edir", - Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahunun iştirakı ilə münaqişənin nizama salınması üzrə planını təqdim edərkən deyib.

Onun sözlərinə görə, fələstinlilər ən yaxşı həyata layiqdirlər. “Amma terror fəallığının tələsinə düşüblər”, - deyə Ağ Ev rəhbəri qeyd edib.

O, həmçinin qeyd edib ki, Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq.

ABŞ prezidenti əlavə edib ki, Yaxın Şərq üzrə nizamasalınma planı 80 səhifədən ibarətdir. Bu, həmin məsələdə ən dolğun sənəddir.

Please publish modules in offcanvas position.