Suriyanın İdlib bölgəsində Bəşşər Əsədə sadiq qüvvələrin açdığı top atəşi nəticəsində Türkiyə ordusunun 4 əsgəri şəhid olub, 9 əsgər isə yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Türkiyə hərbçiləri cavab atəşi açıb. Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, türk hərbçiləri İdlibdə döyüşlərin qarşısını almaq məqsədilə göndərilib: “Hərbçilərimizin yerləşəcəyi ərazi öncədən koordinasiya edilməsinə baxmayaraq, rejim qüvvələri tərəfindən güclü top atəşinə tutulublar. Bölgədə təyin edilən hədəflər dərhal cavab atəşinə tutularaq məhv edilib. Hazırda vəziyyət nəzarət altındadır”.