Myanmada müsəlman kəndinə hava zərbəsi: ölənlər var

/ Çərşənbə axşamı, 04 Fevral 2020 11:44
Myanmada müsəlman kəndinə hava zərbəsi: ölənlər var

Myanmada müsəlmanların yaşadığı kəndə qarşı həyata keçirilən hava zərbəsi nəticəsində iki qadın həyatını itirib, yeddi nəfər yaralanıb.

“Reuters” xəbər verir ki, ölən qadınlardan biri hamilə olub.

Myanma ordusu Kin Taunq kəndinə hava zərbəsi ilə bağlı bütün ittihamları rədd edir.

Qeyd edək ki, hava hücumu BMT-nin Myanmadan rohinja müsəlmanlarını qorumaq haqda tələbindən iki gün sonra həyata keçirirlib.

Məlumata əsasən, Kin Taunq kəndinə hava zərbəsini yaxınlıqda yerləşən hərbi batalyon həyata keçirib.

Please publish modules in offcanvas position.