Fevralın 14-dən 15-nə keçən gecə Xanım Fatimənin (s.ə) mövludunun ildönümüdür

/ Cümə, 14 Fevral 2020 16:31
Fevralın 14-dən 15-nə keçən gecə Xanım Fatimənin (s.ə) mövludunun ildönümüdür

Bu gecə (bu il fevralın 14-dən 15-nə keçən gecə), Cəmadiul-axir ayının 20-də, İslam Peyğəmbərinin (s) qızı, İmam Əlinin (ə) həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası Xanım Fatimənin (s.ə) mövlud günüdür.

İslam.az-ın məlumatına görə, Həzrəti Fatimə (s.ə) besətin 5-ci ilində dünyaya gəlib. Bu zaman Peyğəmbərin (s) 45 yaşı olub. Fatimeyi-Zəhra (ə) İslam dinində ideal qadın və həyatda xoşbəxtliyi axtaran hər bir qadın üçün ən gözəl nümunə hesab olunur.

Fatimə (s.ə) əzəmət və dərəcədə elə bir uca zirvəyə çatıb ki, atası Rəsulullah (s) onun haqqında buyurub: "Həqiqətən, Allah Fatimənin razılığına razı olur və qəzəbinə qəzəblənir."

Mənəvi dəyərlərin getdikcə tənəzzülə uğradığı müasir dövrdə Peyğəmbər (s) qızının Xanım Fatimə hicri 11-ci ilin Cəmadiul-əvvəl ayının 13-də, Peyğəmbərin (s) vəfatından 75 gün sonra şəhid olub.

Bu əlamətdar, Xanım Fatimənin (s.ə) mövludu günündə bütün dünya müsəlmanlarını təbrik edirik.

Please publish modules in offcanvas position.