İran hökuməti koronavirusa görə dindarlara çağırış etdi

/ Cümə, 21 Fevral 2020 14:09
İran hökuməti koronavirusa görə dindarlara çağırış etdi

İranın Səhiyyə Nazirliyi dindarları Qum və Ərakdakı müqəddəs yerləri ziyarət etməyi təxirə salmağa çağırıb.

Bu qərar ötən gün koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş üç halla bağlıdır. Belə ki, yoluxanların hər 3-ü İran vətəndaşıdır və xəstəxanalarda müalicə olunur.

Bununla yanaşı, Qum şəhərində tələbə və turist düşərgələri, konfrans, seminar və digər tədbirləri keçirməyi də təxirə salmaq tövsiyə olunur.

Qeyd edək ki, Azərbaycanın baş infeksionisti Cəlal İsayev İrandan Azərbaycana koronavirusun keçmə ehtimalını istisna edib.

Please publish modules in offcanvas position.