Ərdoğan və Putin razılaşdı: İdlibdə atəşkəs başlayır

/ Cümə, 06 Mart 2020 13:54
Ərdoğan və Putin razılaşdı: İdlibdə atəşkəs başlayır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada prezident Vladimir Putinin Moskvadakı görüşü başa çatıb.  

Dövlət başçıları təkbətək görüşdən sonra mətbuat konfransı keçiriblər. 

Açıqlama zamanı bildirilib ki, dövlətlər arasında anlaşma əldə olunub və bu gündən etibarən İdlibdə atəşkəs qüvvəyə minəcək.  

Hər iki prezident qeyd edib ki, Suriya məsələsində fikir ayrılıqları olsa da, ortaq yol tapmağa çalışırlar və terrora qarşı birlikdə mübarizə aparırlar. Onların hər ikisi Suriyanın ərazi bütövlüyünü dəstəkləyirlər.  

Please publish modules in offcanvas position.