Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Çjao Liszyan bildirib ki, keçən ilin dekabr ayının sonunda Çinin Uxan şəhərində qeydə alınan koronavirus ABŞ ordusunun günahı səbəbiylə şəhərə düşüb.
Islam.az TASS-a istinadən xəbər verir ki, bu barədə o "Twitter" səhifəsində yazıb.
"ABŞ-da "sıfırıncı" xəstə nə vaxt peyda oldu? Neçə insan yoluxdu? Hansı xəstəxanalara yerləşdirildi? Yəqin ki, epidemiyanı Uxana gətirən ABŞ ordusu idi! Dürüst olun. Yoluxmuşlar haqqında məlumatları ortaya qoyun" - rəsmi yazıb.
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi, ABŞ hərbi qüvvələrinin koronavirusun Uxana hansı yollarla keçirdiyini açıqlamayıb.