İŞİD üzvü olan ailələrə məxsus 112 uşaq Azərbaycana göndərildi

/ Cümə, 13 Mart 2020 16:07
İŞİD üzvü olan ailələrə məxsus 112 uşaq Azərbaycana göndərildi

İraq Xarici İşlər Nazirliyi ölkə həbsxanalarında anaları ilə qalan 112 azərbaycanlı uşağı Azərbaycana göndərib.

“Alsumaria News”un məlumatına görə, bu barədə İraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd Əl-Sahhaf açıqlayıb.

O, İŞİD beynəlxalq terror təşkilatına qoşulan qadınların övladlarının Azərbaycana göndərilməsi prosesində İraq Ali Məhkəmə Şurası və Xarici İşlər Nazirliyinin Protokol şöbəsinin və ölkəmizin İraqdakı səfirliyinin nümayəndələrinin iştirak etdiyini bildirib.

Əl-Sahhaf Azərbaycan Xarici İşlər Nazirliyi və ölkəmizin Bağdaddakı səfirliyi ilə bu barədə əməkdaşlıq etdiklərini qeyd edib.

O, İraqdan ümumilikdə 248 azərbaycanlı uşağın deport edildiyini deyib.

Qeyd edək ki, bundan əvvəl İŞİD üzvü olduğu üçün tutularaq həbsxanaya salınan anaların yanında qalan 82 uşaq Azərbaycana göndərilmişdi.

Please publish modules in offcanvas position.