Düşmən Goranboyda həmləyə cəhd etdi, bir hərbçisini itirdi

/ Çərşənbə axşamı, 24 Mart 2020 13:28
Düşmən Goranboyda həmləyə cəhd etdi, bir hərbçisini itirdi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.

Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.