Şaban ayı nə vaxt başlayır?

/ Çərşənbə axşamı, 24 Mart 2020 21:50
Şaban ayı nə vaxt başlayır?

Hörmətli oxucular, əziz müsəlmanlar!

Müqəddəs 3 aylardan (Rəcəb, Şaban, Ramazan) ikincisi olan Şaban ayının astanasındayıq. Bu il Şaban ayının 1-i martın 26-na təsadüf edir. Yəni, martın 25-dən 26-na keçən gecə Şaban ayının ilk gecəsi olacaq.

Bu ay hər bir müsəlman üçün mənəviyyatını kamilləşdirmək və nuraniyyətini artırmaq üçün gözəl şansdır.

Bu ayın özünəməxsus fəzilət və bərəkəti, eləcə də, bir çox dua və əməlləri vardır. Bu əməllər və dualar əks olunan məqalələr saytımızda müvafiq blokda təqdim ediləcək.

Allah sizə Şaban ayının fəzilətlərini, Onun razılığını qazanaraq mübarək Ramazan ayına pak qədəm qoymağı nəsib etsin!

Please publish modules in offcanvas position.