Həcc ziyarəti ləğv olunur? - Ər-Riyaddan açıqlama

/ Çərşənbə, 01 Aprel 2020 12:12
Həcc ziyarəti ləğv olunur? - Ər-Riyaddan açıqlama

Dünya müsəlmanları koronavirus pandemiyası ilə bağlı davam edən proseslərin nəticələri bəlli olana kimi gözləməlidir.

İslam.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Məhəmməd Saleh bin Tahir deyib.

O bildirib ki, məhz COVİD-19-la bağlı nəticələr bəlli olduqdan sonra Həcc üçün ölkələrlə müqavilələr imzalanacaq.

Nazir karantinə alınan Ümrə ziyarətçilərinin də səhhətinin qənaətbəxş olduğunu qeyd edib.

Please publish modules in offcanvas position.