Aprelin 9-na keçən gecə Bəraət gecəsidir

/ Çərşənbə, 08 Aprel 2020 10:50
Aprelin 9-na keçən gecə Bəraət gecəsidir

Şəban ayının 15-i (bu il aprelin 8-dən 9-na keçən gecə) bu ayın ən şərafətli günlərindəndir. Həmin günə keçən gecə “Bəraət gecə”si adlanır. Bəraət – tam ayrılma deməkdir. Həmin günü günahkarlar Cənnətdən, ibadət edən və tövbə edənlər Cəhənnəmdən ayrılarlar.

Hədislərdə gəlib ki, həmin gecə dindən çıxmışlardan, paxıllardan, böhtançılardan, şərab içənlərdən, aqvalideynlərdən (valideynə ağ olanlardan), zinakarlardan, təkkəbbürlülər və fitnəkarlardan başqa hamının bütün günahları bağışlanar. Bu gecə dualar qəbul olar. Ona görə də həmin gecəni ibadətlə keçirmək savabdır.

Bundan əlavə Şəban ayının 15-i  İmam Zamanın doğum günüdür.  Həmin günə keçən gecəni ibadətlə keçirmək, həmin gecəni və 15-i günü qüsl almaq (günahları azaldar), çoxlu salavat demək, zikrlər etmək böyük savaba malikdir.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.