Heydər Baş koronavirusdan vəfat etdi

/ Çərşənbə axşamı, 14 Aprel 2020 11:47
Heydər Baş koronavirusdan vəfat etdi

Müstəqil Türkiyə Partiyasının (Bağımsız Türkiye Partisi) sədri Heydər Baş koronavirusdan həyatını itirib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Dörd gündür Trabzon şəhərində xəstəxanada koronavirus diaqnozu ilə müalicə edilən H.Baş ötən gün reanimasiya şöbəsinə köçürülsə də, həkimlərin bütün səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Please publish modules in offcanvas position.