QMİ Ramazan ayının başlaması ilə bağlı fətva verib

/ Bazar ertəsi, 20 Aprel 2020 12:00
QMİ Ramazan ayının başlaması ilə bağlı fətva verib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayı ilə bağlı fətva verib. 

Fətvada deyilir:

"Bismillahir-rəhmanir-rəhim!

Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı müjdələyir, Allah-Təaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirik. Bu il ölkə ərazimizin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə 25 aprel 2020-ci ilə təsadüf edəcəkdir...

İnşallah, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcəkdir. Ramazan ayının başlanma və bayram günü tarixləri Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən müəyyən edilir...

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir...

Allah oruc və namazlarınızı qəbul etsin, bizləri məğfirət və mərhəmətinə nail olan bəndələrindən qərar versin. Amin!

Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh!"

Please publish modules in offcanvas position.