Məsciddən xristianlara Pasxa yardımı

/ Bazar ertəsi, 20 Aprel 2020 21:40
Məsciddən xristianlara Pasxa yardımı

Koronavirus pandemiyasının yayılması fonunda, yardımsevər vətəndaşlarımızla yanaşı müxtəlif qurumlar, tanınmış simalar və şirkətlər öz yardım əlini imkansız ailələrə uzadıblar. Paytaxtımızın Məşədi Dadaş məscidi dini icması da artıq üçüncü həftədir ki, geniş xeyriyyə aksiyası keçirir. İmkanlı soydaşlarımızın maddi dəstəyi və məscidin gənc könüllülərinin zəhməti ilə artıq mindən artıq ailə ərzaq yardımı alıb. Bu barədə İslam.az hacishahin.az saytına istinadla xəbər verir.

Lakin, bu dəfə Məşədi Dadaş məscidi əsrlərlə davam edən tolerantlıq ənənələrinə sadiq qalaraq nümunəvi bir addım atıb. Bildiyiniz kimi, aprelin 19-u xristian vətəndaşlarımız Pasxa bayramını qeyd ediblər. Bu münasibətlə məscid icması aztəminartlı xristian ailələrinə bayram əzuqəsi paylayıb.

Məscidin imamı Hacı Şahin Həsənlinin sözlərinə görə, yardımlaşmaq, paylaşmaq hər birimizin insani vəzifəsidir: "Dinindən, milliyətindən asılı olmayaraq bizə müraciət edən hər kəsə yardım etməyə çalışırıq. Bu işdə əlindən gələn köməkliyi göstərən hər bir soydaşımıza təşəkkür edirəm. Bu çətin günlərdə ehtiyaclı ailələrə yardım etmək, xalqa xidmət etmək bizim üçün bir şərəfdir. Allaha dua edirik ki, çətin günlər tezliklə geridə qalsın".

Qeyd edək ki, bu yardım aksiyası sayca doqquzuncudur. 

yardim-3

yardim-1

yardim-6

yardim-19

 

Please publish modules in offcanvas position.