Mübarək Ramazan ayı başlayır

/ Cümə axşamı, 23 Aprel 2020 11:41
Mübarək Ramazan ayı başlayır

Şaban ayı sona çatır və 11 ayın sultanı, Mübarək Ramazan ayı başlayır.

İslam.az-ın verdiyi xəbərə görə, Ramazan ayının ölkəmizə aprelin 25-də qədəm qoymasına dair Qafqaz Müsəlmanları İdarəsinin müvafiq məlumatı verilib. Eyni zamanda, mövcud təqvimlər, Azərbaycanın yerləşdiyi regionda Ayın görünməsi haqda proqnozlar da bu Mübarək ayın böyük ehtimalla məhz aprelin 25-də başlayacağını təsdiqləyir. Onu da bildirək ki, bu barədə əlavə xəbərlər daxil olduğu təqdirdə oxucularımızı məlumatlandırılacağıq.

İslam.az Ramazan ayına dair meydana gələcək mümkün suallara cavabları, həmçinin orucun özəllikləri və digər məsələlərə aydınlıq gətirən məqalələri də bir rubrikada cəmləyərək oxuculara təqdim edir. Həmin rubrikaya aid məqalələri ana səhifədə yerləşdirilən "Ramazan" blokunda da görə bilərsiz. Həmçinin Ramazan ayında tutulacaq oruc təqvimi və bu ayda İslam tarixində baş verən əlamətdar hadisələr ilə də izləyicilərimiz bu blokda tanış ola bilərlər.

İslam.az kollektivi bütün İslam aləmini Allahın rəhmət və bərəkət ayı – mübarək Ramazan ayının başlanması münasibəti ilə təbrik edir. Ramazan orucuna başlayan müsəlmanlara “Allah qəbul eləsin” deyir, bu ayın fəzilətindən maksimal dərəcədə yararlanmalarını diləyirik!

Ramazan ayınız mübarək olsun!

Please publish modules in offcanvas position.