Bu il əhya gecələri nə vaxta düşür?

/ Bazar ertəsi, 11 May 2020 11:04
Bu il əhya gecələri nə vaxta düşür?

Mübarək Ramazan ayını yaşamaqdayıq. Bu Müqəddəs ay ilə bağlı portalımızın elektron ünvanına çox sayda suallar daxil olur. Onların böyük hissəsi də bu il əhya gecələrinin hansı tarixə təsadüf etməsi ilə əlaqəlidir.

İslam.az oxucuların nəzərinə çatdırır ki, ehtimal edilən əhya (Qədr) gecələri Ramazan ayının 19, 21 və 23-ü gecələridir. 2020-ci ildə bu gecələr mayın 12-dən 13-nə, 14-dən 15-nə və 16-dan 17-nə keçən gecələrdir. Bu gecələrdə hansı əməllərin yerinə yetirilməsinə gəldikdə isə, bu barədə həm Ramazan blokunda, həm də portalımızın əsas səhifəsində ətraflı məlumat təqdim edilib.

Qeyd edək ki, əhli-sünnəyə görə Qədr gecəsi Ramazanın 27-ci gecəsidir. Bu il həmin gecə mayın 20-dən 21-nə keçən gecəyə təsadüf edir.

Please publish modules in offcanvas position.