Bu gün, mayın 20-i, növbəti ehtimal edilən Qədr gecəsidir

/ Çərşənbə, 20 May 2020 10:54
Bu gün, mayın 20-i, növbəti ehtimal edilən Qədr gecəsidir

İslam mənbələrində Qədr gecəsinin Ramazan ayının son 10 gününün tək gecələrindən biri olması bildirilir.

Şiə məzhəbinə görə Qədr gecəsi olduğu ən çox ehtimal edilən gecələr Mübarək ayın 19, 21 və 23-cü gecələridir. Əhli-sünnəyə görə, ehtimal edilən Qədr gecəsi 27-ci gecəyə təsadüf edir ki, bu barədə şiə mənbələrində də az da olsa məlumat mövcuddur.

Ramazan ayının 27-ci gecəsi bu gün, mayın 20-dən 21-nə keçən gecədir.

Xatırladaq ki, Qədr gecəsinin bir sıra əməlləri vardır, onlar arasında gün batana yaxın qüsl almaq, Qədr gecəsinin namazını qılmaq (2 rükətli namaz, hər rükətdə “Fatihə”dən sonra 7 dəfə “İxlas” surəsi oxunur, namaz bitdikdən dərhal sonra səcdəyə gedilir və 70 dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyilir), səhərə qədər oyaq qalıb ibadət və dua etmək vardır.

Allah bu gün Qədr gecəsinin əməllərini yerinə yetirəcək müsəlmanların ibadətlərini qəbul etsin!

Please publish modules in offcanvas position.