Bu il Ramazan bayramı nə vaxtdır?

/ Cümə axşamı, 21 May 2020 15:35
Bu il Ramazan bayramı nə vaxtdır?

Artıq Mübarək Ramazan ayının son günlərini yaşamaqdayıq. Və hər il olduğu kimi yenə də ən çox verilən sual “bayram hansı günə düşür” sualıdır.

Xatırlatmaq istərdik ki, hicri təqviminin ayları yeni Ayın hilalının səmada görünüb-görünməməsindən asılı olaraq 29 və ya 30 gün davam edir. Ayın tamam olmasına yanaşma da İslam alimləri arasında fərqlidir. Belə ki, bir nəzərə əsasən, hilalın planetin istənilən nöqtəsində görünməsi kifayətdir. Digər nəzərə görə isə, yeni Ay mütləq insanın yaşadığı məntəqənin üfüqündə görünməlidir. 

“Görmək” termini ətrafında da yekdil fikir formalaşmayıb. Belə ki, bəziləri Ayı adi gözlə görməyi mütləq hesab edirsə, digərləri bunun üçün optik cihazlardan istifadəni icazəli bilir. 

Bu ilin Fitr bayramı gününə gəlincə. Hesablamalar göstərir ki, mayın 23-ü axşam hilalın müşahidəsi normal hava şəraitində ancaq Amerika qitəsində mümkündür. İdeal hava .əraitində bu Afrikada da ola bilər.

1

Bu da o deməkdir ki, böyük ehtimalla Ayın hər kəsin yaşadığı məntəqənin üfüqündə görünməsini əsas götürən müsəlmanlar mayın 24-nü də oruc tutacaqlar, bayram günü kimi isə 25-ni qeyd edəcəklər. Amma Ayın optik cihazlarla müşahidəsi də mümkündür, bunu da unutmaq olmaz. Ayın planetin istənilən nöqtəsində görünməsini kifayət hesab edən müsəlmanlar isə bayram namazını dəqiq mayın 24-də qılacaqlar. 

Xatırladaq ki, Qafqaz Müsəlmanlar İdarəsinin tərtib etdiyi təqvimə əsasən Ramazan ayının son günü mayın 23-nə təsadüf edəcək.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.