Fitrə zəkatının miqdarı nə qədərdir?

/ Cümə, 22 May 2020 13:52
Fitrə zəkatının miqdarı nə qədərdir?

Fitrə zəkatının miqdarı həmin bölgədə daha çox istifadə edilən aşağıdakı ərzaq növlərinin birindən adambaşına ən azı 3 kq. olmaqla hesablanır: buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı. Bu ərzağın qiymətinə uyğun olan məbləğdə pul da verılə bilər (şafii məzhəbinə görə olmaz). Yalnız hənəfi məzhəbində fitrə zəkatının miqdarı buğda üçün adambaşına təqribən 1,5 kq. müəyyən edilib; qalan ərzaq növləri üçün ölçü 3 kq.-dır.

Qeyd edək ki, göstərilən miqdar minimal həddir. İnsan öz maddi imkanından asılı olaraq, ya bu ərzaq növləri arasında daha bahalı olanını seçə bilər, ya da fitrə zəkatının miqdarını 3 kq.-dan çox götürə bilər.

Bazarda hazırki qiymətləri nəzərə alsaq, o zaman Azərbaycanda fitrə zəkatının adam başına minimum 1 manat 80 qəpik təşkil etdiyini demək olar. Imkanı olanlar göstərilən məbləğdən daha artığını da ödəyə bilərlər. Misəl üçün, fitrə zəkatını düyünün qiyməti ilə hesablamaq istəyənlər üçün bu məbləğ 9 manat 50 qəpik təşkil edəcək.

Qeyd edək ki, fitrə zəkatının minimal məbləğini ödəməyə qadir olmayan ailənin özünə fitrə zəkatı verilə bilər.

Please publish modules in offcanvas position.