Azərbaycanda karantin rejimi iyulun 1-dək uzadıldı

/ Çərşənbə axşamı, 09 İyun 2020 18:36
Azərbaycanda karantin rejimi iyulun 1-dək uzadıldı

Azərbaycan ərazisində yeni nov koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib və son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib.

Bununla əlaqədar olaraq Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. 

Azərbaycanda virusa ilk yoluxma faktının qeydə alındığı tarixdən bu günədək COVID-19 testi musbət çıxmış 8191 nəfər aşkarlanıb, hazırda isə 3487 aktiv xəstə müalicəsini xüsusi karantin rejimli xəstəxanalarda davam etdirir.

Please publish modules in offcanvas position.