Azərbaycanda general-mayor və polkovnik şəhid oldu

/ Çərşənbə axşamı, 14 İyul 2020 13:28
Azərbaycanda general-mayor və polkovnik şəhid oldu

“İyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonunda şiddətli döyüşlər davam edib. Düşmənə sarsıdıcı zərbələr endirilib, yüzə qədər canlı qüvvəsi, texnikaları məhv edilib”.

Oxu.Az-ın cəbhə bölgəsində olan müxbirinin verdiyi məlumata görə, bunu Müdafiə nazirinin müavini Kərim Vəliyev Ermənistanın Tovuz rayonu istiqamətindəki təxribatları barədə keçirdiyi brifinqdə bildirib. 

O qeyd edib ki, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub. 

“Bizim generallar əsgərlə çiyin-çiyinə, cəsarətlə döyüşürlər”.

 K.Vəliyev əlavə edib ki, hazırda döyüşlər davam edir.

Please publish modules in offcanvas position.